“Instagram”da köhnə FUNKSİYA  geri qayıdır
13 dekabr 2021 19:28 (UTC +04:00)

“Instagram”da köhnə FUNKSİYA geri qayıdır

“Instagram”da köhnə funksiyanın geri qayıdacağı bildirilib.  

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Adam Mosseri öz "Twitter" hesabında bu məsələ ilə bağlı istifadəçilərin suallarını cavablayıb. 

O, məşhur platformda paylaşımların xronoloji üsul ilə göstərilməsi üzrə 2 variantın test edildiyini deyib. 

Birinci variantda istifadəçilər xüsusi qeyd etdikləri abunəçiləri təyin edəcəklər və onların paylaşımları sıra ilə, növbəli şəkildə onlara göstəriləcək.

İkinci variantda isə paylaşımların xronoloji şəkildə göstərilməsi özəlliyi bütün abunəçiləri əhatə edəcək.

# 2187
avatar

Sevinc Fərid

Oxşar yazılar