“Instagram” sosial şəbəkəsi istifadəçilərinə yeni bir funksiya təqdim edib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, tətbiq gənclər üçün “ara ver” özəlliyi gətirib.
Şirkətin sahibi bu xüsusiyyət sayəsində sosial şəbəkədə çox vaxt keçirən gənclərin, platformaya ara verməyə təşviq edəcəyinə inandığını bildirib.
Funksiya artıq ABŞ, İngiltərə, Kanadada bu gündən etibarən istifadəçilərə təqdim edilib. Digər ölkələr üçün isə yeni ilin əvvəlləri aktiv olacağı bildirilir.