İlon Mask öz yeni sosial şəbəkə platformasını yaratmaq fikrindədir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, öz rəsmi “Twitter” hesabında yazıb.
Mask izləyicilərindən birinin “Yeni sosial şəbəkə yarada bilərsinizmi?” sualına cavab olaraq bu haqda düşündüyünü deyib. O, həmçinin sektorda yeni platformaya ehtiyac olduğunu da bildirib.
Qeyd edək ki, bu yaxınlarda İlon Mask izləyiciləri arasında sorğu keçirdib və o, bu sorğuda insanların “twitter” sosial şəbəkəsinin söz azadlığı prinsiplərinə riayət etdiyinə inanıb-inanmadıqları sualını ünvanlayıb.
Sorğuda 70% istifadəçinin buna inanmadığını bildirib. İstifadəçilərin çoxu Mask yeni sosial şəbəkəsi yaratdığı təqdirdə burada tam söz azadlığı prinsiplərinə əməl ediləcəyini düşünür.