İlon Mask  “Twitter”in bütün səhmlərini   almaq istəyir
14 aprel 2022 15:47 (UTC +04:00)

İlon Mask “Twitter”in bütün səhmlərini almaq istəyir

“Tesla” və “SpaceX” şirkətinin sahibi İlon Mask “Twitter”in bütün hissələrini almaq istəyir. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mask hər bir səhm üçün 54,20 dollar təklif irəli sürüb.

Maskın bu addımından sonra sosial şəbəkənin səhmləri 12,3 faiz bahalaşıb, “Tesla”nın səhmləri isə 1,5 faiz ucuzlaşıb. 

Mümkün sövdələşmələr 43 milyard dollar dəyərində qiymətləndirilir. 

Qeyd edək ki, bu yaxınlarda İlon Mask  “Twitter”dən təxminən üç milyard dollara qədər səhmlər alıb və şirkətin səhmlərinin 9,2 faizinə sahib olub. Onun hazırda 260 milyard dollar sərvəti var. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Sevinc Fərid

Oxşar yazılar