SpaceX şirkəti ABŞ-ın Müdafiə Nazirliyinə Ukraynada “Starlink” peyk internetinin maliyyələşdirilməsi üçün müraciət edib.
Lent.az-ın xəbərinə görə, bu barədə Associated Press məlumatlı mənbəyə istinadla xəbər yayıb.
Mənbənin məlumatına görə, Pentaqon məsələni müzakirəyə çıxarıb. Lakin hələlik qərar qəbul edilməyib.
***
22.34
SpaceX şirkəti Ukraynada “Starlink” peyk internet sistemini sonsuzadək maliyyələşdirə bilməyəcəyini açıqlayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə şirkətin rəhbəri İlon Mask Tvitterdə bildirib.
“SpaceX şirkəti indiyədək yaranan xərcləri tələb etmir, lakin o mövcud sistemi sonadək maliyyələşdirə və əlavə minlərlə terminal tədarük edə bilməz. Belə terminalların xərci məişətdə işlədilənlərdən 100 dəfə çoxdur” – deyə Mask vurğulayıb.
Ukraynda münaqişə başlayandan bir neçə gün sonra SpaceX şirkəti ölkəni “Starlink” peyk internet sistemi ilə təchiz edib. Bu sistem sayəsində Ukrayna ordusu həm etibarlı rabitə sistemi qura, həm də PUA-ları yönləndirə bilir. Son günlərdə isə sistemdə müəyyən boşluqlar aşkar edilib.