“Hyundai”dən YENİ QƏRAR :  5 milyard dollarlıq sərmayə
22 may 2022 12:07 (UTC +04:00)

“Hyundai”dən YENİ QƏRAR:  5 milyard dollarlıq sərmayə

ABŞ prezidenti Co Bayden Cənubi Koreyanın paytaxtı Seulda Cənubi Koreyanın avtomobil şirkəti “Hyundai”nin İdarə Heyətinin sədri Euisun Chung ilə görüşüb.

Lent.az CNN-ə istinadən bildirir ki, “Hyundai”nin rəhbəri görüşdən sonra verdiyi açıqlamada, ABŞ şirkətləri ilə qabaqcıl texnologiya sahəsində əməkdaşlığı gücləndirəcəklərini deyib. O, 2025-ci ilə qədər ABŞ-a daha 5 milyard dollar sərmayə qoymağa qərar verdiyini bildirilib.

Qeyd edək ki, keçən il “Hyundai” 2025-ci ilə qədər ABŞ-a cəmi 7,4 milyard dollar sərmayə qoymağa qərar verdiyini açıqlamışdı. Bu gün açıqlanan yeni qərarla ABŞ-a ümumi investisiya dəyəri 10 milyard dolları keçib.

“Hyundai” ötən cümə günü də elan etdi ki, elektrik avtomobili və akkumulyator qurğularının tikintisi üçün Gürcüstana 5,5 milyard dollar sərmayə qoymağı planlaşdırır.

# 2445
avatar

Oxşar yazılar