Google şirkətinin “Google Glass” adlı eynəkləri öz sektorunda uğur qazana bilməsə də, digər bir çox sahələrdə yararlı olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu eynəklərin süni intellektlə birlikdə istifadə olunması görmə qabiliyyəti zəif olan insanlara kömək edir.
Belə ki, “Google Glass”a kiçik ölçülü kamera quraşdırılıb ki, bu da ətrafdakı əşyaları, insanları, hətta yazıları belə analiz etməyə imkan yaradır. Analiz prosesi bitdikdən sonra səsgücləndirici vasitəsilə ayırd edilmiş obyektlərin vizual məlumatları istifadəçiyə ötürülür.
Qeyd edək ki, bu eynəklər startapın saytında 3268.91 avro qiymətində satılır.