Meta şirkəti “Facebook”da istifadəçilərə bir neçə hesaba sahib olmaq imkanı verəcək.
Lent.az xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Leonard Lam məlumat verib.
Məlumata görə, yeni funksiya ilə istifadəçilər öz əsas hesablarına bağlı olan 4 əlavə hesab yarada biləcəklər.
Bunun əsas məqsədi istifadəçilərin onlardan müxtəlif məqsədlər üçün istifadə edə bilməsidir. Belə ki, istədiyiniz hesabla yaxınlarla əlaqə, iş və ya müxtəlif qrupları izləyə bilərsiniz. Bu sizin öz şəxsi seçiminiz olacaq.
Bu yeniliyi son zamanlar sosial şəbəkələr arasında baş verən rəqabət səbəbi ilə hazırlandığı bildirir. Meta şirkəti istifadəçilərini itirmək istəmir və onların uzun müddət bu platformada saxlamağa səy göstərir.
Qeyd edək ki, yeni funksiya üzərində çalışılır və onun nə vaxt aktiv olacağı hələlik məlum deyil.