“Facebook” rəhbəri “Clubhouse”a bənzər audioçat yaratmağı əmr etdi
18 fevral 2021 01:14 (UTC +04:00)

“Facebook” rəhbəri “Clubhouse”a bənzər audioçat yaratmağı əmr etdi

“Facebook” şirkəti son günlər çox məşhurlaşan “Clubhouse” adlı sosial şəbəkəyə bənzəyən audioçat sistemini yaratmağı planlaşdırır. 

Lent.az “technote”a istinadən xəbər verir ki, “Facebook” rəhbəri Mark Zukerberq tərtibatçılarına bununla bağlı konkret əmr verib.

Bildirilib ki, Mark Zukerberq uzun müddətdir, səsli ünsiyyətin müxtəlif növlərini nəzərdən keçirdir. Şirkət tərəfindən hazırlanan audioçat sistemi ilkin mərhələdədir.

Qeyd edək ki, Mark fevralın 4-də “Clubhouse”da “Zuck23” ləqəbi ilə qeydiyyatdan keçib. 

Həmin günün axşamı o, “Clubhouse”da keçirilən “The Good Time Show” adlı şouda iştirak edib. Beləliklə, Zukerberq və İlon Mask kimi məşhur şəxslərin bu yeni sosial şəbəkədən istifadə etmələri “Clubhouse”un anidən məşhurlaşmasına səbəb olub. Bu sosial şəbəkə hələ 2020-ci ilin yaz fəslində ortaya çıxmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Oxşar yazılar