Bir neçə ölkədə “Facebook” sosial şəbəkəsinin işində problem yaranıb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Downdetector” saytı məlumat yayıb. İstifadəçilərin çoxu şəxsi səhifələrinə daxil ola bilmir, məlumatları yeniləməyə çətinlik çəkirlər. Ən çox şikayət ABŞ və Böyük Britaniyadan daxil olub.