İtaliyalı ər-arvadın Avropadakı velosiped turunun sonunda ortaya maraqlı şəkil çıxıb.
Lent.az-ın xəbərinə görə, insanların diqqətini iqlim dəyişikliyinə çəkən cütlük 7 000 kilometrdən çox yol qət edib. 7 avropa ölkəsi gəzən cütlüyün səfəri 131 gün çəkib. Nəticədə onların GPS naviqatorunda maraqlı şəkil alınıb. Sən demə, onların səyahət marşrutunun şəkli velosiped formasındadır.