Dünyanın ən varlı   adamına əsəbiləşdi və ... -VİDEO
21 dekabr 2021 14:55 (UTC +04:00)

Dünyanın ən varlı adamına əsəbiləşdi və ... -VİDEO

Finlandiyada bir şəxs 2013-cü il istehsalı olan “Tesla” model avtomobilini partladıb. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin şəxs maşının köhnəlmiş akkumulyatorunu dəyişdirmək istəyib. Servisin 22 min 500 dollara başa gələcəyini öyrənən adam “Tesla”nın sahibi olan İlon Maska əsəbiləşib. 

Bundan sonra o, həmin avtomobilin ön oturacağına İlon Maskın üzü əks olunmuş oyuncağı qoyub, 30 kiloqramlıq dinamitlə partladıb. 

Qeyd edək ki, elektrik avtomobil şirkəti “Tesla”, akkumulyatorların müddəti bitdiyi təqdirdə onları dəyişmir. Bu da bir çox müştərinin narazılığına səbəb olur. Finlandiyalı bu adam isə öz etirazını maşınını partlatmaqla göstərib. 

Həmin anların görüntülərini təqdim edirik: 
 

# 3603
avatar

Sevinc Fərid

Oxşar yazılar