Yeni “iPhone”ların qiyməti 1000 dollardan yuxarı ola bilər ki, bu da əksər insanlar üçün böyük puldur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, əslində, 1 milyon dollardan çox qiymətə satılan mobil telefonlar da var.
“Vertu Signature Cobra” – 310 min dollar
Əgər sensorlu ekrana sahib olan telefonları bəyənmirsinizsə, bu telefon əsl sizin üçün yaradılıb. Amma qiyməti sizə görə olmaya bilər. Telefonun hər bir tərəfi qiymətli daşlarla bəzədilib və normal telefonda olan hər bir özəlliyə sahibdir. Bu telefon cəmi 8 ədəd istehsal edilib.
“Goldvish revolution” - 488 min 150 dollar
Bu telefonun forması digər telefonlardan nəzərəçarpacaq qədər fərqlənir. Telefonun özəlliyi də bununla bağlıdır. Bundan əlavə, smartfon ağ və çəhrayı rəngli qızıldan olan nazik dəridən və brilliantdan hazırlanıb. Ekranı isə sapfir şüşə ilə örtülüb.
“Gresso Luxor Las Vegas Jackpot” – 1 milyon dollar
Bu telefona sahib olmaq istəyirsinizsə, 1 milyon dollar ödəməlisiniz. Qiyməti çox baha görünə bilər, amma bu telefonu hazırlamaq üçün 45 karat qara almaz, 18 karat saf qızıl və digər qiymətli daşlardan istifadə edilib. Bu telefonu əldə etmək çox çətindir. Çünki dünyada bu smartfondan cəmi 3 ədəd var.
“GoldVish Le Million” – 1 milyon dollar
İsveçrə istehsalı olan bu smartfonun örtüyündə 18 karat qızıl, 120 karat brilliant və platindən istifadə edilib. “GoldVish Le Million” cəmi 3 ədəd istehsal olunub.
“Diamond Crypto” – 1,3 milyon dollar
1.3 milyon dollarlıq bu ağıllı telefon digərlərindən bir xeyli fərqlənir. Çünki heç bir smartfon bu qədər qiymətli daşlarla bəzədilməyib. Aralarında 10 ədəd mavi daşın da olduğu bu telefonun örtüyünü düzəltmək üçün 50-ə yaxın qiymətli daşdan istifadə edilib.
“Iphone 3G kings button” – 2.5 milyon dollar
Telefonu avstriyalı dizayner Pitır Alisson hazırlayıb. Smartfon 18 karatlıq sarı, ağ rəngli qızıldan, kənarları isə 138 brilliantla bəzədilib. Ən xüsusi özəlliyi isə əsas düyməsinin 6,6 karatlıq almazdan ibarət olmasıdır.
“Goldstriker Iphone 3GS supreme” – 3,2 milyon dollar
3,2 milyonluq bu telefonun istehsalında 22 karat qızıl, 136 ədəd brilliant və menyu düyməsində 7.1 karat ağırlığında almazdan istifadə olunub. Telefonun özünü isə almaq mümkün deyil. Çünki az sayda istehsal edildiyi üçün artıq satışda yoxdur.
“Stuart Hughes Iphone 4 Diamond Rose Edition” – 8 milyon dollar
“Iphone”un bu markasının istehsalında 100 karat ağırlığında 500 ədəd almazdan istifadə edilib. Arxa hissəsində 53 ədəd brilliantdan yaradılan “Apple” loqosu isə telefona ayrıca bir gözəllik verir. Telefonun menyu düyməsi isə 7 karat almazdan istifadə edilərək dizayn edilib.
“Stuart Hughes Iphone 4S Elite Gold” – 9,4 milyon dollar
Əl işi olan telefon 100 karat brilliantla örtülmüş, arxa paneli və loqosu 24 karatlıq qızıldan hazırlanıb.
Əsas düyməsi isə 8,6 karatlıq almazla döşənib. Əgər bu almaz itirilsə, o zaman telefon sahibinə 7,6 karatlıq ağırlığında almaz verilir.
Qeyd edək ki, smartfon orijinal “T-Rex” dinozavr sümüyü ilə platindən hazırlanmış bərk qutuya da malikdir.
“Falcon Supernova Iphone 6 Pink Diamond” – 48,5 milyon dollar
Siyahımızın birinci yeri 48,5 milyon dollarlıq “Falcon Supernova Iphone 6”dır. Bu cihaz dünyanın ən bahalı telefonu olmaqla yanaşı, həm də ən gözəl görünüşə sahib olan smartfonlardan biridir.
“Falcon Supernova” 2004-cü ildə istifadəyə verilib. Telefonun arxa hissəsi çox nadir tapılan çəhrayı qızılla düzəldilib. Telefonun bu qədər bahalı olmasının əsas səbəbi də budur.
Milyon dollarlıq bu smartfon Asiyanın ən varlı adamı və Hindistan kriket komandasının sahibi Mukeş Ambaninin həyat yoldaşı Nita Ambaniyə məxsusdur.