Avstraliya dünyanın ilk uçan avtomobil yarışına ev sahibliyi edib.
Lent.az xəbər verir ki, bu barədə “IFLScience” saytı məlumat yayıb.
İlk yarışda Zefatiali Uolş və Fabio Tişler adlı sürücülər iştirak ediblər. Onlar Adelaida bölgəsi yaxınlığında bir kilometr uzunluğundakı yolda yarışıblar.
Hündürlüyü 4,1 metr olan uçuş maşınları saatda təxminən 100 kilometr sürətlə təqdim olunan dairəni 40 saniyəyə keçiblər.
Hazırda yarışlar uzaqdan idarə olunur. Bununla belə, 2023-cü ilə qədər ekipaj uçuşlarına başlamaq planlaşdırılır.