Çin “Kuafu-1” Günəş teleskopunu orbitə qaldırıb.
Lent.az-ın Sinxua agentliyinə istinadla xəbərinə görə, teleskopu təyinat nöqtəsinə CZ-2D daşıyıcı raketi qaldırıb. Bir neçə saat əvvəl baş verən start uğurlu olub və teleskop orbitə yerləşib.
“Kuafu-1” kosmik havanın və günəş sisteminin öyrənilməsi üçün istifadə ediləcək.