Yaponiyalı alimlər bu dəfə də "robot uşaq" hazırlayıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nikola adlı bu robot xoşbəxtlik, kədər, qorxu, qəzəb, təəccüb və ikrah kimi hissləri ifadə edə bilən hərəkətli üz əzələlərinə sahibdir.
Yeni texnologiya davranışlara nəzarət etməyi də yaxşı bacarır.
Alimlərin fikrincə, Nikola və digər oxşar robotlar gələcəkdə insanların rifahını daha da artırmağa kömək edəcək.