Falcon 9 daşıyıcı raketi
31 yanvar 2022 04:41 (UTC +04:00)

Falcon 9 daşıyıcı raketi

Bu ölkəyə məxsus peykin orbitə qaldırılması 4-cü dəfə təxirə salındı - SƏBƏB

ABŞ-ın “SpaceX” şirkəti İtaliyaya məxsus yerüstü müşahidə peykini orbitə qaldırılacaq “Falcon 9” daşıyıcı raketinin startını təxirə salıb.

Lent.az-ın xəbərinə görə, buna səbəb start zonasında naməlum gəminin müşahidə edilməsi olub.

Kosmodromdan bildirilib ki, start bazar günü saat 18.11-də (Bakı vaxtı ilə 03.11, 31 yanvar) Florida ştatındakı Con Kennedi  Kosmik Mərkəzində baş tutmalı idi. Lakin son anda rəhbərlik geri sayımı dayandırıb. Buna səbəb start zonasında səyahət gəmisinin daxil olmasıdır. Layner qadağan olunmuş ərazidə hərəkət edib. Sahil mühafizəsi onu vaxtında kənarlaşdıra bilməyib.

Növbəti start bu günə nəzərdə tutulub. Qeyd edək ki, İtaliya peykinin orbitə aldırılması hava şəraitinə görə 3 dəfə təxirə salınıb.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259
avatar

Oxşar yazılar