Bu gün raket parçası AYLA toqquşacaq
04 mart 2022 12:34 (UTC +04:00)

Bu gün raket parçası AYLA toqquşacaq

Bu gün günortadan sonra üç tonluq raket parçası Ay ilə toqquşacaq. 

Lent.az BBC-yə istinadən xəbər verir ki, onun sürəti saatda 9334 km-dir. 

Astronomlar əvvəlcə raketin İlon Maskın “SpaceX” şirkətinə, daha sonra isə Çinə məxsus raketlərdən biri olduğunu iddia edirlər. Amma Çin tərəfi bunu rədd edib. 

Xatırladaq ki, bu hadisə 2015-ci ildə də baş vermişdi. “NASA” həmin cismin asteroid olduğunu bildirmişdi. Sonrakı araşdırma zamanı onun raket olduğu aşkar edilmişdi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4227
avatar

Sevinc Fərid

Oxşar yazılar