Bildiyimiz kimi, dünyaca məşhur “CES 2022” sərgisində şirkətlər öz yeni məhsullarını təqdim etməkdə davam edir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “BMW” şirkəti bu sərgi çərçivəsində “iX M60 off-road” modelinin elektrikləşdirilmiş versiyasını təqdim edib.
Sözügedən avtomobil 2 ədəd elektromühərrikə malikdir. Onlar ümumi olaraq 619 at gücünə sahibdirlər.
Mühərriklərin maksimal fırlanma vaxtı 1100 Nm-ə (Nyuton metr) qədərdir. Bu model bir dəfə şarj olunduqdan sonra 566 km yol qət edə bilir.
Elektrikli “BMW iX M60”-ı bu ilin yayından satışa çıxarılacaq. Onun İngiltərədə qiyməti 111.905 funt sterlinqdən ( təxminən 260 min manat) başlayacaq.