Sosial şəbəkələrdə "TikTok" platformasının açılması ilə bağlı məlumatlar yayılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində müraciət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq.
***
15:32
Azərbaycanda "TikTok" açılıb.
Lent.az xəbər verir ki, artıq ölkədə "TikTok" sosial şəbəkəsi aktivdir.
İstifadəçilər “vpn” olmadan "TikTok"a daxil ola bilirlər.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti sentyabrın 14-də "TikTok” sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılması barədə məlumat yaymışdı. Buna səbəb “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanıb.