Koreyanın avtomobil istehsalçısı KIA ilk dəfə olaraq Avropada ən çox satılan avtomobillərin 5-liyinə daxil olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, əvvəlki ilin yekunları ilə müqayisədə sentyabrda Avropa bazarında yeni avtomobillərin satışı ötən ay azalıb – göstəricilər demək olar ki, 25,2 faiz azalıb.
Avropa bazarında ən populyar avtomobil markalarının reytinqinə aşağıdakılar daxildir:
• 1-ci yer. “Volkswagen” 91 min göstərici
• 2-ci yer. “Toyota” 60 300 avtomobil satıb.
• 3-cü yer. “Renault” – Avropa İttifaqı ölkələrində 58,7 min avtomobil satılıb (30,1 faiz azalıb).
• 4-cü yer BMW - şirkətin nəticəsi 57 000 avtomobil.
• 5-ci yer. KIA əvvəlki ayda 56 min avtomobil satıb.