Avropa Birliyi bütün smartfonların asanlıqla dəyişdirilə bilən batereyalarla təchiz edilməsinə qərar verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu layihə üçün əvvəlcə Avropa Şurası ilə danışıqlar aparılmalıdır.
Daha sonra qanunun qüvvəyə minməsi isə azı 12-14 ay ərzində həyata keçə bilər.
Avropa Parlamentinin deputatları tərəfindən təklif olunan bu layihə rəqəmsal cihazların xidmət müddətlərinin uzadılmasına yönəldilib.