“Apple”ın qurucusu Stiv Cobsun qızı Eve Cobs sosial şəbəkədə “iPhone 14”-ü məsxərəyə qoyub.
Lent.az xəbər verir ki, Eve şəxsi "Instagram" səhifəsində “iPhone 14”-ü “iPhone 13”ə bənzədiyini iddia edən istehzalı paylaşım edib.
O, paylaşımına “Apple-"n təqdimatından sonra “iPhone 13”dən “iPhone 14”ə keçərkən mən” şərhini yazıb.
Stivin qızının bu addımı sosial şəbəkələrdə gündəm olub. İstifadəçilər ona dəstək olaraq oxşar fikirlər bildiriblər.
Həmin paylaşımı təqdim edirik: