Bu ilin 3-cü rübündə ABŞ-ın “Apple” şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artıb. Gəlir təxminən 83,4 milyard dollar olub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə şirkətin şəxsi saytında bildirilir.
Məlumata görə, 3 aylıq hesabat dövründə “Apple”ın qazancı 20,5 milyard dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 62,7 faiz çoxdur.
Beləliklə şirkətin əsas məhsulu “IPhone” olaraq qalmaqda davam edir və bu məhsulun dünya üzrə satışından 38,8 milyard, maliyyə hesabatında isə 191,9 milyard dollar gəlir əldə olunub.