“Apple” şirkəti “iPhone 14” modelini təqdim edib.
Lent.az xəbər verir ki, keçən il koronavirus pandemiyası ilə əlaqədar onlayn keçirilən tədbir bu il ənənəvi formada olub.
Şirkət “iPhone 14”, “iPhone 14 Plus”, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max” modelləri olmaqla 4 yeni modeli ilə müştərilərinin qarşısına çıxdı.
"Apple” şirkəti “Face ID” sensorlarını və selfi kamerasını yerləşdirmək üçün oval formalı ekran dəliyindən istifadə edir.
“iPhone 14” 6,1 düymlük OLED ekrandır.
Telefon əvvəlki “iPhone” seriyasında “A15 Bionic” prosessoru ilə təchiz edilib.
Qurğuya arxa kamerada 12 MP-li iki kamera daxildir. Silkələnmə zamanı şəkli daha yaxşı sabitləşdirmək üçün hazırlanmış Action Mode funksiyası da əlavə edilib.
6 GB RAM və 3,279 mAh batareya smartfonun digər üstünlükləri arasındadır.
Yeni modellər yalnız fövqəladə hallarda istifadə edilə bilən peyk rabitəsi infrastrukturuna malikdir.
Sözügedən peyk funksiyası hələlik yalnız ABŞ və Kanadada mövcud olacaq və 2 il pulsuz olacaq.
Açıqlanan məlumata görə, “iPhone 14” 799 dollardan, “iPhone 14 Plus” isə 899 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
“iPhone 14 Pro” və “iPhone 14 Pro Max” modelləri enerji səmərəliliyini, həmçinin ekran və kamera imkanlarını yaxşılaşdıran yeni A16 çipinə malikdir.
“Dynamic Island” adlı yeni bildiriş animasiyaları da var. Qurğuların 48 meqapiksellik ön kamerası inqilabi xarakter daşıyır - o, hər bir fotoşəkildə təxminən 4 trilyon əməliyyat yerinə yetirir.