“Apple” ilk büdcəli smartfonunu ləğv edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, noyabrın 1-dən “iPhone 5c” sahiblərinə xidmət dayandırılmalıdır. Mütəxəssislərin fikrincə, bu yolla Tim Kukun şirkəti məşhur smartfonu nəhayət ki, “basdırıb”.
Cihazın köhnə qurğular siyahısında yer alması o deməkdir ki, “Apple” smartfon istifadəçiləri üçün istənilən növ xidməti dayandırır. Əvvəllər xidmət mərkəzləri qadcet sahibləri qarşısında zəmanət öhdəliklərini yerinə yetirə və ya ehtiyat hissələri mövcud olduqda zəmanətdən sonrakı xidmət göstərə bilərdi. 2013-cü ildə buraxılan “iphone 5c”nin ən ucuz “Apple” smartfonlarından biri olduğu qeyd olunur.
Qeyd edək ki, oktyabrın əvvəlində “Apple” “iPhone 6”nı da köhnəlmiş elan edib. 2014-cü ildə təqdim edilən telefon “Apple” smartfonlar xəttində 4,7 düymədək böyüdülmüş displey əldə edən ilk telefon olub.