Alimlər yeni planet aşkar edib? - İlk dəfə...
27 oktyabr 2021 09:20 (UTC +04:00)

Alimlər yeni planet aşkar edib? - İlk dəfə...

NASA-ya məxsus olan Chandra adlı rentgen teleskopu ilk dəfə olaraq Süd Yolu qalaktikasının sərhədlərindən kənarda planet mövcudluğuna işarə edən faktorlar aşkar edib. Güman olunan kosmik obyekt Yer kürəsindən 28 milyon işıq ili uzaqlığında yerləşən Messier 51 adlı qalaktikada aşkar edilib.

Lent.az technote-yə istinadən bildirir ki, Chandra teleskopu kosmosun ən isti yerlərindən rentgen şüalanmalarını müşahidə etmək üçün inşa edilib. Bir neçə müddət bundan öncə alimlər müşahidə olunan obyektlərdən birinin parlaqlığındakı dəyişiklikləri aşkar ediblər.

 Bu proses adətən planetin öz ulduzu qarşısından keçdiyi zaman baş verir. Planet ulduzun qarşısından keçən zaman nəticədə işıq şüalanması dayanır. Bu üsul vasitəsilə alimlər Süd Yolu qalaktikasında çoxlu sayda ekzoplanet aşkar ediblər. Məlumatda qeyd edilib ki, aşkar edilmiş potensial planetin ölçüsü rentgen şüalanmasına səbəb olan mənbənin ölçüsünə yaxındır. Potensial planet məhz həmin mənbənin ətrafında dövr edir. Bu həm neytron ulduzu həm də qara dəlik ola bilər. Tədqiqatçılar bildiriblər ki, müşahidə edilən potensial planetin ulduz diski yaxınlığından keçməsi öz növbəsində 3 saat müddətində bir çox rentgen şüalanmasını bloklayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8718
avatar

Oxşar yazılar