İsrailli tədqiqatçılar tərəfindən yaradılmış onurğa beyni implantı iflic siçanlar üzərində test edilib və testlər 80%-lik uğura sahib olublar.
Lent.az xəbər verir ki, implant sayəsində siçanlar hərəkət etmə bacarıqlarını bərpa ediblər.
3D implantlar insan hüceyrələrindən hazırlanıb. Tel-Əviv Universitetinin Sagol Regenerativ Biotexnologiyalar Mərkəzinin alimləri bildiriblər ki, bunun sayəsində hər bir insan üçün individual onurğa beyni implantını yaratmaq mümkün olacaq.
Yaradılmış implantların insanlar üzərində testlərinə hələ start verilməyib. Buna baxmayaraq mütəxəssislər ümid edirlər ki, onlar sözügedən implantları iflic insanlara inteqrasiya edə biləcəklər.
Bu yeni texnologiya pasientin qarın hissəsindən götürülmüş yağ toxumalarına əsaslanır. Daha sonra alimlər götürülmüş yağ toxumalarını genetik mühəndislik sayəsində dəyişiblər. Nəticədə yağ toxumaları embrional kök hüceyrələrinə bənzər vəziyyətə geri dönüş ediblər.