Samanta Kristoforetti
22 iyul 2022 02:51 (UTC +04:00)

Samanta Kristoforetti

Açıq kosmosa çıxış başa çatdı -YENİLƏNİB

İtaliyalı astronavt Samanta Kristoforetti və rus kosmonavt Oleq Artemyev açıq kosmosda 7 saatdan çox vaxt keçiriblər.

Lent.az-ın xəbərinə görə, Beynəlxalq Kosmik Stansiyadan (BKS) kənarda 6 saata tamamlanması nəzərdə tutulan iş 7 saatdan çox çəkib.  Kristoforetti və Artemyev stansiyaya saat 2 radələrində qayıdıblar.

Heyət 7 saat ərzində 10 mini elmi-tədqiqat peykinin buraxılışını təmin edib ki, bu da növbəti rekord hesab edilir. Açıq kosmosa çıxış zamanı ciddi fövqəladə hal baş verməyib.
 

***

21.28

İtaliyalı astronavt Samanta Kristoforetti Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxıb.

Lent.az-ın xəbərinə görə, 6 saatlıq çıxışda onu rus kosmonavt Oleq Artemyev müşayiət edir.

Bakı vaxtı ilə saat 18.00-da başlaımış çıxış 6 saat davam etməlidir.  Hazırda BKS Yerdən 400 km yüksəklikdədir.
45 yaşlı qırıcı təyyarə pilotu Samanta stansiyaya aprelin 27-də gedib. O, 2014-cü ildə stansiyada 199 gün keçirərək qadınlar arasında rekordu yeniləyib. Bu dəfə isə o, stansiyadakı heyətə komandirlik edərək avropalı qadın astronavtlar arasında ikinci rekorda imza atıb.
 

# 4503
avatar

Oxşar yazılar