XXI əsrdə Avropanın bu hissəsində hələ də feodalizm hökm sürür - MARAQLI
14 avqust 2024 20:15 (UTC +04:00)

XXI əsrdə Avropanın bu hissəsində hələ də feodalizm hökm sürür - MARAQLI

“Avropanın sonuncu feodalı” ifadəsini eşidəndə biz paslı zireh geyinmiş qoca cəngavər təsəvvür edirik. Əslində, cəmi 11 il əvvəl Maykl Bomont adlı britaniyalı bu statusla öyünə bilərdi. Çünki o, sahəsi cəmi 5,45 kv.kilometr olan qayalıq Sark adasının hakimi idi.

Lent.az Avropada feodalizmin son qalası sayılan Sark adası barədə yazını təqdim edir.

1974-cü ildə keçmiş aviasiya mühəndisi nənəsindən miras - 17-ci əsrə aid möhtəşəm iqamətgah, Sark Lordu titulu və kiçik, yaşıl Sark adası və onun sakinləri üzərində mütləq hakimiyyət alır.

Sark təxminən 500 nəfər əhalisi olan qayalıq bir adadır. La-Manş boğazında, Fransa sahillərinə daha yaxın yerdə yerləşir və Normand Adaları qrupuna aiddir. Qonşuları - Cersi və Gernsi adaları kimi, Sark da Birləşmiş Krallığın bir hissəsi deyil, "tac sahibi" statusuna malikdir, yəni əslində Britaniya monarxının şəxsi mülkiyyətidir.

Həmin bu mülkiyyətlərin hər birinin öz parlamenti, məhkəmə hakimiyyəti və hətta məhdud pul dövriyyəsi olan valyutası da var.

Sark adasının siyasi sistemi əsrlər boyu dəyişməz qalıb. Bu sistem 1565-ci il tarixli kral patentinə əsaslanır. Belə ki, ona görə I Yelizaveta Sarkı Gernlidən olan feodal Gerler de Kartyeyə ömürlük hədiyyə edir.

Bunun müqabilində o, bu torpağı dəniz quldurlarından qorumalı olan ən azı 40 sağlam kişini adaya yerləşdirməyi öhdəsinə götürdü.

Kartye adada 40 təsərrüfat yaradıb və onları hələ də nəsilləri orada yaşayan ailələrə təhvil verir. Onların nümayəndələri adalıların maraqlarını təmsil edən xüsusi Şuranın üzvləri olur.

Bununla belə, ali hakimiyyət  - şuranın qərarlarına veto qoya bilən və bütün vəzifəli şəxsləri - baş hakimi, katibi, xəzinədarı və konsteblanı təkbaşına təyin etmək hüquq Senyora məxsus idi. Ağa öz təbəələrindən vergi toplayırdı - toplanan taxıldan onda bir, hər bir torpaq satışından on üçdə bir, ev vergisi  olaraq isə toyuq alırdı. Senyorun sterilizasiya edilməmiş itləri və ev göyərçinlərini saxlamaq üçün müstəsna hüququ da var və indi də mövcuddur.

Bu sistem sülalələrin dəyişməsindən ağrısız şəkildə sağ çıxdı. Sark ən azı 4 dəfə satılıb, sahibini dəyişib. Sonuncusu dəfə 1849-cu ildə, senyor Pyer Kare le Pelli kreditlərini ödəyə bilmədiyi və adanı kreditorun qızı Meri Kollinsə demək olar ki, 6 min funt-sterlinqə satıb. O, Sark adasının yeni sahibi oldu.

Kollinzin nəsli bu gün də adanı idarə edir. Onlardan ən məşhuru, demək olar ki, yarım əsr - 1927-ci ildən 1974-cü ilə qədər hakimiyyətdə olmuş Sarkın "xeyirxah diktatoru" Sibil Hetueydir. O, adanın turist imici üzərində “qədimlik qoruğu” kimi çalışıb. O, traktorlardan başqa hər hansı bir avtomobil nəqliyyatına ada boyu hərəkəti qadağan etməsi ilə məşhurdur. Qadağa hələ də qüvvədədir. İkinci Dünya Müharibəsi zamanı Hetuey özünü çox uzaqgörən şəxs kimi sübut etdi və Sarkı dağılmaqdan xilas etdi.

Normand adaları almanlar tərəfindən işğal edilmiş yeganə Britaniya əraziləri idi. 4 iyul 1940-cı ildə alman zabitləri qayıqla adaya gəlir. Xanım Heteuey onları mehribanlıqla qarşılayır və onların adada qalmasına icazə verir. Formal olaraq işğal olsa da, almanlar özlərini daha çox qonaq kimi aparır, adanın xanımına və onun adətlərinə hörmət edirdilər.

Ədəb qaydalarına görə, məmurlar onun qarşısında baş əyib, əlindən öpüblər. Hetuey, ada sakinlərinin qayğısına qalmaq üçün Almaniya qoşunlarının hərbi həkimlərinin yerli sakinlərə yardımı təşkil edə bildi, qida çatışmazlığı zamanı alman təchizatına basqın təşkil etdi və işğalçılardan gizli şəkildə kartof yetişdirdi. Almanlar gedəndə o, minalardan təmizlənməsini həyata keçirən ingilis dəstəsinə rəhbərlik etdi.

Onun hərəkətləri sayəsində Sarkın təsərrüfatı çökmədi, qonşu ərazilərdəki kimi əhalinin təxliyəsi baş tutmadı.

Sark sakinlərinin sakit həyatı 1993-cü ildə Sark yaxınlığındakı adalardan birini “The Daily Telegraph” qəzetinin sahibləri, Londondan olan milyarder əkizlər Berkli qardaşları aldıqdan sonra sona çatdı. Qardaşlar özlərini bir ada ilə məhdudlaşdırmadılar - zaman keçdikcə otellərin çoxunu, eləcə də Sark ərazisinin dörddə birini satın aldılar. Lakin bu, onları bütün daşınmaz əmlak əməliyyatlarının on üçüncü hissəsini Senyora ödəmək öhdəliyindən və alınmış torpaq sahələrinin birləşməsinə qoyulan qadağadan azad etmədi. Təbii ki, Berkli qardaşları pul vermək istəmədilər, ona görə də əvvəlcə Bomont ailəsindən adann torpaqlarını satın almağa çalışdılar və onun imtinasından sonra Avropa İnsan Haqları Məhkəməsini Sarkın qeyri-demokratik idarəetmə sistemi haqqında ərizələrlə şikayət etməyə başladılar.

Adada başç verənlər Britaniya ictimaiyyətinin diqqətini cəlb edir. Adanın muxtariyyətdən məhrum ediləcəyi ilə bağlı real təhlükə yaranır. Ona görə də 2008-ci ildə Sark adasını idarə edən sura islahatlara start verir. Bundan sonra şura 40 mülkədar və xalq arasından seçilən cəmi 12 deputat əvəzinə, yalnız demokratik yolla seçilmiş nümayəndələrdən ibarət olmalı idi. Lord veto hüququnu itirir və vergi sistemində islahatlar aparılırdı. Berkli qardaşları qələbəni qeyd etməyə hazırlaşsa da, lakin ilk seçkilərdə onların bütün namizədləri uduzur, şuraya seçilmir.

2008-ci ildə sistemdə yenidən islahatlar aparıldı. İndi yeni parlamentin 28 deputatı var idi - 14 torpaq mülkiyyətçisi və 14 nəfər yerli sakin. 2017-ci ildə namizədlərin olmaması səbəbindən şuraya seçilmiş üzvlərin sayı 18-ə endirilir.

2016-cı ildə qoca Senyor Bomont öldü və oğlu Kristofer 23-cü Senyor oldu. Sark hökmdarlarının sülaləsi davam edir, Kristoferin iki övladı var - bir qızı Sibil və bir oğlu Hyu. Sarkı kimin "idarə etməyə" davam edəcəyini isə tarix göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6858
avatar

Vüqar İsmayılov

Oxşar yazılar