Zəfər gününün hava  PROQNOZU
07 noyabr 2021 13:41 (UTC +04:00)

Zəfər gününün hava PROQNOZU

Noyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

# 1551
avatar

Oxşar yazılar