Zaqatalada itən hindistanlı turistin "Google" hesabına girdilər: Burada olub...  ŞOK MƏQAM
02 iyun 2022 16:47 (UTC +04:00)

Zaqatalada itən hindistanlı turistin "Google" hesabına girdilər: Burada olub... ŞOK MƏQAM

Zaqatalada itkin düşən hindistanlı gənc Manikant Kondaveetinin qardaşı Dxaran İnstaqram səhifəsində maraqla paylaşım edib.

Lent.az-ı məlumatına görə, Dxaran qeyd edib ki, iki həftədən çoxdur onlar əzab içindədirlər. Çünki mayın 12-dən Manikantdan heç bir xəbər yoxdur.

Dxaran yazır: “Manikant təkcə qardaşım deyildi, həm də dostum idi. O, mənə kriket və futbol oynamağı öyrətmişdi”.

Manikantın Azərbaycan gedəcəyi bardə qardaşı danışır:

“Səyyah idi. Onun macəralarına qulaq asmaq xoş idi həmişə. Mənə deyəndə ki, Azərbaycana gedirəm, bir qədər həyəcanlandım. Səfərdən bir gün əvvəl Dehliyə, mənim yanıma gəldi. Biz yerdə şam etdik. Səhəri mən onu aeroporta apardım. Yola salanda dedim ki, gələn dəfə mən də səninlə gedəcəm. Biz mayın 12-ə kimi hər gün onunla danışırdıq. Sonucu dəfə mayın 12-i axşam 19 radələrində söhbətləşdik. Daha sonra mən ona yazdım, amma cavab gəlmədi. Fikirləşdim ki, yəqin olduğu yerdə şəbəkə yoxdur. 

Dxaran deyir ki, səhəri  gün yenə onunla əlaqə saxlamaq istəyib. Amma ondan cavab gəlməyib. “Ürəyimə danmışdı Ki, nəsə baş verib. Çünki o özü həmişə bizimlə əlaqəyə çıxırdı”.

Qardaşının paylaşımında diqqət çəkən əsas məqam isə budur: “Biz onun Google akkauntuna giriş əldə etdik. Mayın 13-ü onun olduğu məkan barədə informasiya tapdıq. O, şəhərdən kənarda bir komadaydı. Bu, məni qorxutdu”.

Draxan və ailəsi əmindirlər ki, Manikant qayıdacaq. “Azərbaycanda tanıdığınız insanlardan xahiş edin, qardaşımın tapılmasına kömək etsinlər. Biz ömür boyu həmin adamlara borclu olarıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10425
avatar

Səbuhi Sədəf

Oxşar yazılar