Yol polisi Xankəndidə xidmətə başladı
07 mart 2024 22:25 (UTC +04:00)

Yol polisi Xankəndidə xidmətə başladı

Xankəndi şəhərində Dövlət Yol Polisinin əməkdaşları da xidmətə başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir.

"Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz vətəndə xidmətimizdən qürur duyuruq", - məlumatda bildirilib.

# 4842
avatar

Oxşar yazılar