Yeni ilin ilk  HAVA XƏBƏRDARLIĞI
30 dekabr 2021 13:06 (UTC +04:00)

Yeni ilin ilk HAVA XƏBƏRDARLIĞI

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 2-si gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s, 3-də isə şimal-qərb küləyinin 15-20 m/s, gecə və səhər arabir 23-25 m/s-dək güclənəcəyi
gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 2-də bəzi rayonlarda cənub-qərb küləyinin 3-ü şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi
gözlənilir.


 

# 3684
avatar

Oxşar yazılar