"YAŞAT” Fondu yarandığı gündən 4 istiqamət üzrə fəaliyyətini davam etdirir. Bu fəaliyyətlər çərçivəsində daha 12 qazi bu gün Türkiyəyə yola salınıb”.
Lent.az-ın məlumatına görə, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.
Onun sözlərinə görə, bu günə qədər fondun Türkiyəyə müalicə üçün göndərdiyi qazilərin sayı 63 nəfərdir: "Onlardan 7-si artıq sağalaraq Vətənə dönüb, 56 ağır yaralı qazimizin Türkiyədəki müalicəsi davam edir".
E. Hüseynovun sözlərinə görə, qazilər o halda ölkə xaricinə aparılır ki, səhiyyə müəssisələri həmin qazinin müalicəsinin ölkə daxilində mümkün olmadığı təsdiqləyir.
Fond rəhbəri onu da deyib ki, bu günə qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb, bu vəsaitin 18 milyonu xərclənib.