Yalandan yanğınla bağlı məlumat verənlər necə cəzalandırılır? - RƏSMİ
07 oktyabr 2021 15:31 (UTC +04:00)

Yalandan yanğınla bağlı məlumat verənlər necə cəzalandırılır? - RƏSMİ

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu yanğınla bağlı yalan məlumat verən şəxslərlə bağlıdır.

Yalandan yanğın və ya digər hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək onların fəaliyyətinə əngəl törədir. Yəni, həmin yalan məlumat əsasında əməkdaşlar hadisə yerinə gəlir və əslində heç nə baş vermədiyi ortaya çıxır. Bu zaman təbii ki, qəza, yaxud yanğından mühafizə xidmətləri, polis orqanları və digər qurumlar lazımsız yerə vaxt itirirlər. Halbuki, həmin itirlən vaxt ərzində insan tələfatı və ya xəsarətlə nəticələnən digər hadisələrin qarşısını almaq üçün gecikmə yaranır.

Görəsən, yalan yerə yanğınla bağlı müraciət edənlər üçün hansısa cəza tədbiri nəzərdə tutulur?

Rubrikamızın sualına Daxili İşlər Nazirliyi mətbuat xidməti aydınlıq gətirib. Bildirilib ki, yalandan yanğınla bağlı müraciət etmək məsuliyyətə səbəb olur:

“Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmaq inzibati məsuliyyət yaradır. 

Yalandan çağırış verən şəxslər İnzibati Xətalar Məcəlləsinin 564-cü (Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma) maddəsinə uyğun olaraq, 100 manat yüz manat məbləğində cərimə edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2796
avatar

Mehman Nəbiyev

Oxşar yazılar