Mikayıl Cabbarov yay tətilinin qısaldılmasından danışdı
11 sentyabr 2014 15:18 (UTC +04:00)

Mikayıl Cabbarov yay tətilinin qısaldılmasından danışdı

“Bir çox hallarda şagirdlər müəyyən imtahanlarda, müsabiqələrdə yüksək nəticələr göstərsələr də, onların dünya görüşləri zəif olur. Müasir gənc lazım olan dünyagörüşünə malik olmalıdır. Buna görə də mütaliənin şagirdlər arasında populyarlaşdırılmasına ehtiyac var”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir bununla bağlı lazımi tapşırıqlar verdiyini açıqlayıb: "Təhsil Nazirliyində bu tədris ilində şagirdlərin mütaliəyə marağını artıran tədbirlər planı, yaxud Dövlət Proqramının layihəsinin hazırlanması barədə tapşırıq vermişəm. Bundan başqa, məktəb direktorları şagirdlərdən yay aylarında oxuduğu kitabların siyahısını könüllü deyil, məcburi qaydada tələb etsin”.

M. Cabbarov onu da vurğulayıb ki, məktəblilərin yay tətilinin müddətinin qısaldılması barədə təklif hökumətə təqdim edilib: “Ancaq həmin müddət də şagirdlərə bədii kitabların oxumasına kifayət edər”. 

# 2740

Oxşar yazılar