Gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib. 2014-cü illə müqayisədə 2015-ci ildə yaşayış minimumu və ehtiyac meyarının məbləği artacaq.
Lent.az-ın “Modern.az”a istinadən xəbərinə görə, “2015-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği aşağıdakı kimi nəzərdə tutulub:
2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq.
“2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manatməbləğində nəzərdə tutulub.
Xatırladaq ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat idi.
2014-cü il üçün ehtiyac meyarının həddi isə 100 manat məbləğində təsdiq edilib.