"Baku World Challenge 2014" yarışları ilə əlaqədar Bakının bir sıra yolları bağlanacaq. Lent.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, noyabrın 1-i və 2-də avtomobil yarışları ilə əlaqədar olaraq Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şosesindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Bayıl istiqamətindən “Azneft” dairəsinə doğru hərəkət məhdudlaşdırılacaq ki, bu da ərazidə böyük nəqliyyat sıxlığı yaradacaq. Odur ki, sürücülər paytaxtın mərkəzinə cənub istiqamətindən daxil olarkən əvvəlcədən alternativ yol seçməlidirlər.