Xaricdə təhsil almaq istəyənlərə xəbər
20 may 2013 11:02 (UTC +04:00)

Xaricdə təhsil almaq istəyənlərə xəbər

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sərəncamı ilə 2013-2014-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün prioritet ixtisas istiqamətləri müəyyən edilib. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib. 

 

Prioritet ixtisas istiqamətlərinə baytarlıq, biologiya, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, klassik Avropa musiqisi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, təhsilin təşkili və idarə olunması, tibb və turizm daxildir.

Belarus, Estoniya, Latviya və Litva respublikalarında fəaliyyət göstərən ali təhsil müəssisələrinə yalnız 2013-2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467

Oxşar yazılar