Xalidə Bayramova daha bir səlahiyyətini itirdi - <span style="color:red;">YENİ QƏRAR
27 may 2019 00:28 (UTC +04:00)

Xalidə Bayramova daha bir səlahiyyətini itirdi - YENİ QƏRAR

Bakının Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
 
Lent.az Etikxeber.az-a istinadən bildirir ki, Səbail rayon icra başçısının müvafiq əmrinə əsasən birinci müavin Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olub və yerinə hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.
 
Qeyd edək ki, X. Bayramovanın adı 14 yaşlı məktəbli qız Elina Hacıyevanın intiharı hadisəsində hallanırdı. O, 14 yaşlı qıza müxtəlif suallar verirdi.  Bunu  ilk dəfə əməkdar artist Röya Ayxan gündəmə gətirib. Müğənni Elina ilə bağlı paylaşım edərək qızın son video görüntüsünüdə onu sorğu-sual edən şəxsin Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanın olduğunu bildirib.
 Mediada Xalidə Bayramovanın  məktəbin sabiq direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi olduğu üçün ona köməyə getdiyi yazılsa da, Səbail rayon icra başçısının birinci müavini  "Meydan TV"-yə açıqlamasında hadisə yerinə rayon Qəyyumluq Komissiyasının sədri kimi getdiyini qeyd etmişdi.
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3527
avatar

Oxşar yazılar