Vətəndaşlığa qəbul edilmiş şəxslər sədaqət andı içə bilər - <span style="color:red;">MƏTN
18 noyabr 2014 15:59 (UTC +04:00)

Vətəndaşlığa qəbul edilmiş şəxslər sədaqət andı içə bilər - MƏTN

 

Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş, 14 yaşı tamam olmuş şəxslərin Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə and içməsi təklif olunur.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna yeni 15-1 maddəsinin əlavə edilməsi təklifi irəli sürülüb.

 

Yeni maddəyə görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir: “Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.

 

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir.

 

And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

 

Layihə Milli Məclisin müzakirəsinə təqdim olunub.

 

# 546
avatar

Oxşar yazılar

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32
Cavanşir körpüsü tarixə QOVUŞDU:  SƏBƏB - VİDEO

Cavanşir körpüsü tarixə QOVUŞDU: SƏBƏB - VİDEO

21 may 2024 , 14:21
Əziz Orucov

Əziz Orucovun həbs müddəti uzadıldı

21 may 2024 , 14:16
 Leysan, qar, külək   - Sabahın HAVASI

Leysan, qar, külək - Sabahın HAVASI

21 may 2024 , 12:10
Cavanşir körpüsü hazırda - FOTO

Cavanşir körpüsü hazırda - FOTO

21 may 2024 , 10:02
Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

Rayonlara leysan yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA

21 may 2024 , 09:16
TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33