"Mercedes-Benz" Çin avtomobil şirkətlərinin ABŞ-dəki fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş qanun layihəsi səbəbindən ölkə bazarından çıxa bilər.
Lent.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Qeyd olunub ki, Konqresdə yeni ikipartiyalı təşəbbüs sənədi müzakirə edilir. Sənədin mahiyyəti ondan ibarətdir ki, ABŞ-nin rəqibi hesab olunan xarici dövlətlə (xüsusilə Çinlə) birbaşa və ya dolayı kapital payı olan avtomobil istehsalçılarına ABŞ-də avtomobil idxalı, satışı və ya sonrakı satış üçün istehsalı qadağan edilir.
Telekanalın məlumatına əsasən, belə bir addım ABŞ-də "Mercedes-Benz"in yeni avtomobillərinin satışının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Materialda həmçinin dəqiqləşdirilir ki, "Mercedes-Benz"in ən böyük səhmdarı Çin dövlət şirkəti olan BAIC-dir (əvvəlki adı Beijing Automotive Industrial).