Vətəndaşlar nazirliyə hansı problemlərə görə müraciət edir? - <span style="color:red;">STATİSTİKA
02 dekabr 2014 11:15 (UTC +04:00)

Vətəndaşlar nazirliyə hansı problemlərə görə müraciət edir? - STATİSTİKA

0

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu noyabrda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 3858 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çox) və Kommutator xidmətinə 2800-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4140 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 954 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 966 sənəd (419 ərizə, 515 məktub, 32 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi ilə bağlı məsələlər əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar