Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə (I mərhələ üzrə) qəbula dair bəzi statistik məlumatları açıqlayıb.
DİM-dən Lent.az-a verilən məlumata görə, avqustun 12-də elan edilən ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur(41.30 %).
Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolmuşdur.
Bildirək ki, tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.
Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, dövlət və özəl ali təhsil müəssisələrinə qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur:
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ (DÖVLƏT VƏ ÖZƏL) QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)
İxtisas qrupu |
Qəbul planı |
Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) |
Qəbulolma faizi |
Vakant |
||
Azərbaycan bölməsi |
Rus |
Bölmələr |
||||
I |
13777 |
10239 (5012) |
1138 (514) |
11377 (5526) |
82.57 |
2401 (17.43) |
II |
12860 |
9415 (1892) |
1184 (171) |
10599 (2063) |
82.42 |
2261 (17.58) |
III |
9745 |
8205 (2125) |
696 (107) |
8901 (2232) |
91.34 |
844 (8.66) |
IV |
3220 |
2615 (1229) |
228 (67) |
2843 (1296) |
88.29 |
377 (11.71) |
V |
3067 |
2316 (568) |
392 (90) |
2708 (658) |
88.29 |
359 (11.71) |
CƏMİ |
42669 |
32790 (10826) |
3638 (949) |
36428 (11775) |
85.37 |
6242 (14.63) |
DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)
İxtisas qrupu |
Qəbul planı |
Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) |
Qəbulolma faizi |
Vakant |
||
Azərbaycan bölməsi |
Rus |
Bölmələr |
||||
I |
12802 |
9834 (4939) |
1106 (505) |
10940 (5444) |
85.45 |
1863 (14.55) |
II |
9695 |
7838 (1832) |
1096 (168) |
8934 (2000) |
92.15 |
761 (7.85) |
III |
8015 |
6824 (2094) |
669 (106) |
7493 (2200) |
93.49 |
522 (6.51) |
IV |
2950 |
2509 (1219) |
226 (67) |
2735 (1286) |
92.71 |
215 (7.29) |
V |
2962 |
2279 (568) |
381 (90) |
2660 (658) |
89.80 |
302 (10.20) |
CƏMİ |
36424 |
29284 (10652) |
3478 (936) |
32762 (11588) |
89.94 |
3663 (10.06) |
ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)
İxtisas qrupu |
Qəbul planı |
Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) |
Qəbulolma faizi |
Vakant |
||
Azərbaycan bölməsi |
Rus |
Bölmələr |
||||
I |
975 |
405 (73) |
32 (9) |
437 (82) |
44.82 |
538 (55.18) |
II |
3165 |
1577 (60) |
88 (3) |
1665 (63) |
52.61 |
1500 (47.39) |
III |
1730 |
1381 (31) |
27 (1) |
1408 (32) |
81.39 |
322 (18.61) |
IV |
270 |
106 (10) |
2 (0) |
108 (10) |
40.00 |
162 (60.00) |
V |
105 |
37 (0) |
11 (0) |
48 (0) |
45.71 |
57 (54.29) |
CƏMİ |
6245 |
3506 (174) |
160 (13) |
3666 (187) |
58.70 |
2579 (41.30) |