Üçəm uşağı doğulan ailələrə mənzil verilə bilər
10 oktyabr 2014 11:29 (UTC +04:00)

Üçəm uşağı doğulan ailələrə mənzil verilə bilər

0

 

 

Azərbaycanda üçəm uşaqları doğulan ailələr üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi təklif edilir.


Lent.az-ın "Trend"ə istinadən xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsindəki təkliflərdən biridir.

Layihədə ailəsində uşağı olan və üçəm uşaqları da doğulan ailələr üçün dövlət tərəfindən mənzillərin verilməsi təklif edilir.


Hazırda ailəsində uşağı olan və üçəm uşaqları doğulan ailələr üçün müəyyən tədbirlər görülsə də, belə ailələr üçün dövlət dəstəyinin daha da gücləndirilməsi təklif olunur. 

Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1135

Oxşar yazılar