Türkiyədə Xocalı soyqırımı anıldı
20 fevral 2014 18:39 (UTC +04:00)

Türkiyədə Xocalı soyqırımı anıldı

Elazığın Fırat Universitetində Xocalı Soyqırımın 22-ci il dönüm ilə əlaqədar konfrans keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə Universitetin rektoru Kutbeddin Demirdağ,  professor və müəllim heyəti, millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak edib.T ürkiyə və Azərbaycan dövlət himnlərinin oxunması ilə konfransa start verilib. Daha sonra millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu “Xocalı soyqırımı” filmi nümayiş etdirilib.

Daha sonra çıxış edən Fırat Universitetinin rektoru prof. Dr. Kutbeddin Demirdağ Elazığ üçün Azərbaycanın çox böyük önəm daşıdığını, Azərbaycanın acısının ortaq acı olduğunu dilə gətirib. O bildirib ki, Azərbaycanın gözəl bölgələrindən olan Dağlıq Qarabağın bərabərlik içində işğalda azad ediləcəyinə inanır.

Qeyd edək ki, konfransda  millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar. 

                                                             

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar