Türkan Urmulu: «İran qanunlarında qadın yarıminsan sayılır»
10 mart 2013 07:28 (UTC +04:00)

Türkan Urmulu: «İran qanunlarında qadın yarıminsan sayılır»

Güneyli şairə, Urmiya və Ankara Universitetlərinin hüquq və beynəlxalq hüquq məzunu Türkan Urmulu 8 mart Beynəlxalq Qadınlar günündə «Amerikanın Səsi»nə verdiyi müsahibədə öz ədəbi yaradıcılığı, habelə İranda qadın haqları, İran qanunlarında qadının rolu və İranda Azərbaycan qadınlarının cəmiyyətdəki potensialları haqda danışıb.


 

Türkan Urmulunun sözlərinə görə, o, qadın haqlarını pozan sistem altında yaşayan bir toplumun üzvü olaraq Beynəlxalq Qadınlar Günündə yaxşı hisslər keçirməsə də, belə bir günün qeyd edilməsini qadın haqlarının gündəmə gəlməsi üçün mühüm bir fürsət kimi qiymətləndirib: «Qadınları məhdudlaşdırmaq toplumun 50 faizini məhdudlaşdırmaq deməkdir. Mədudlaşdırma qadınların pisxoloji durumuna ciddi təsir göstərir».


“İran cəza qanunlarında qadın bəzən insan yarısıdır, bəzən də heç yoxdur. İran konstitusiyası qadını insan istehsalı maşını kimi təqdim edir,”- deyə urmiyalı hüquqçu İran qanunvericiliyində qadının aşağılandığını vurğulayıb.

Qadın haqları problemi nə dərəcədə kişilər və ya İslam dini ilə əlaqədardır?  Bu məsələdə Türkan xanımın mövqeyi bir qədər mürəkkəbdir. 

 

«Bütün problemi İslam, yaxud kişilərin üzərinə atmaq doğru deyil. Nəticədə, cəmiyyətdəki hər kişini də bir qadın yetişdirib» - deyə, qadınların da cəmiyyətə patriarxal dəyərlərin hökmranlıq etməsinə görə məsuliyyət daşıdığını vurğulayıb. 

Türkan xanım güneydə qadın hərəkatı və qadın haqları ilə bağlı fəaliyyəti, vəziyyəti “dəhşətvericidir”- deyə, təsvir edir.  O, İranda qadın haqları üçün açıq şəkildə yürüşlər təşkil etməyin mümkün olmadığını bildirib: «Güney Azərbaycanda qadın hərəkatına ehtiyacımız var, və bunun üçün yetərli potensial mövcüddur».

 

​Urmiyəli gənc şairənin bu günə qədər, iki şeir kitabı işıq üzü görüb. Onun «Gördüm» və «Özgə Toz» adlı şeir külliyatı 2005 və 2012 illərində Urmiyada «Yaz Nəşriyatı» və Bakıda «Qanun» Nəşriyyatı tərəfindən çap olub.

 

Türkan Urmulu yaxın zamanlarda Türkiyədə yaşayan bir qrup güneyli yazar və şairlə birlikdə «Ban» adlı Çağdaş Güney Azərbaycan ədəbiyyatı dərgisini nəşr edəcəklərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar