TQDK vaxtı uzatdı
31 iyul 2014 15:30 (UTC +04:00)

TQDK vaxtı uzatdı

0
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidentura səviyyəsinə qəbul imtahanında iştirak etmiş namizədlərə müraciət edib.

TQDK-dan Lent.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin müddəti avqustun 4-ü saat 09:00-a qədər uzadılıb. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Bu il rezidenturaya qəbul imtahanının nəticələrinə əsasən, 818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1796

Oxşar yazılar