“Hazırda baytar həkimlərə ciddi ehtiyac var, ancaq bu ixtisasa maraq yoxdur”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə söyləyib.
Məleykə Abbaszadə bildirib ki, dövlət bu sahəyə marağı artırmaq üçün dövlət sifarişli yerlərin sayını artırır, keçid ballarını aşağı salır: “Ödənişsiz təhsil almaq imtəməyənlərə bu baxımdan imkan yaradılır. Biz həm də verilən vakant yerləri doldurmalıyıq. Digər tərəfdən, biz aşağı balla ali məktəbə qəbul olanların da sonradan ali məktəbdə akademik borclarının olub-olmadığını araşdırırıq. Həmin minimal balla qəbul olan uşaqlar 4 il ərzində ali məktəbin proqramını başa çatdırıb, diplom alırlarsa, deməli, proqramı mənimsəyə bilirlər. Yaxud proqramı mənimsəyə bilmirlərsə, akademik borca görə 5-ci kursda qalırlar. 2009/2010-cu tədris ilində əyani və axşam şöbəsinə, 2008-2009-cu tədris ilində qiyabiyə qəbul olanların sayı 8 min 186 nəfərdir. 2012-2013-cü tədris ilində onlardan 7 912 nəfərin diplom alması gözlənilir. 250 baldan aşağı bal toplayan və təhsil müəssisəsini bitirməyənlərin sayı 77 nəfərdir (0,94 faiz). 250 baldan yuxarı nəticə göstərənlərin 197 nəfəri (2,41 faizi) bu il ali məktəbi bitirməyəcəklər. Əgər onlar ali məktəb proqramını mənimsəyib bitirirlərsə, bizim onların qarşısını kəsməyə hüququmuz yoxdur”.

TQDK sədri: “Baytar həkimlərə ciddi ehtiyac var…”
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49